Motosikletlə qadını öldürdü

16 Avqust 2016 14:53 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 14-də saat 22 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsində qəsəbə sakini İslam Məhərrəmov idarə etdiyi motosikletlə yolu keçən həmyerlisi Naifə Tapdıq qızı Həsənovanı vurub. Xəstəxanaya yerləşdirilən piyada avqustun 15-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.