Nazirliyin keşmiş işçisi vəfat etdi

16 Avqust 2016 15:58 (UTC+04:00)

Bu barədə AzNews.az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, V.Babayev 1943-cü martın 5-də Bakı şəhərində anadan olub. O, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.

V.Babayev müxtəlif vaxtlarda Azərbaycan Dövlət Konservatoriyasında, Dövlət Teleradio Verilişləri Şirkətində, Əlcəzair Demokratik Xalq Respublikasının Milli Musiqi İnstitutunda, Dövlət Kamera Orkestrində, Azərbaycan Bəstəkarlar İttifaqında, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrində, Suriya Ərəb Respublikasının Ali Musiqi İnstitutunda, Bakı Musiqi Akademiyasında orkestr artisti və müəllim vəzifələrində çalışıb.

V.Babayev uzun müddət Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin təhsil sektorunun müdiri vəzifəsində çalışıb.

2013-cü ildə "Əməkdar mədəniyyət işçisi" mükafatına layiq görülüb.

Allah rəhmət eləsin!