Çunayev yarımfinalda uduzdu - Fotolar + Yenilənib

16 Avqust 2016 19:57 (UTC+04:00)

AzNews.az xəbər verir ki, kubalı rəqibi Migel Martines Palasioya qalıb gələn güləşçimiz səkkizdəbir finala yüksəlib.

Təcrübəli güləşçimiz növbəti mərhələdə Pekin Olimpiadasının qalibi, dünya və Avropa çempionu İslam-Beka Albiyev (Rusiya) - İon Panait (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.

17:10
***


Rəsul Çunayev növbəti qələbəsini qazanıb. Təmsilçimiz səkkizdəbir final mərhələsində rusiyalı rəqibi Pekin Olimpiadasının qalibi, dünya və Avropa çempionu İslam-Beka Albiyevi məğlub edib.

Güləşçimiz 1/4 finalda Tarek Aziz Benaissa (Əlcəzair) ilə üz-üzə gələcək. Qarşılaşma 18:04-də başlanacaq.

17:53
***


Azərbaycan güləşçisi Rəsul Çunayev Rio-2016-da artıq yarımfinala yüksəlib. İdmançımız rəqibi Əlcəzair idmançısı Əziz Tarik Benaysa üzərində 10:2 hesabı ilə vaxtından əvvəl qələbə qazanıb.

20:29
***

Güləşçimiz Rəsul Çunayev (66 kq) yarımfinalda erməni Miqran Arutyunyanla üz-üzə gəlib.

İdmançımız rəqibinə uduzaraq finala vəsiqə qazana bilməyib.

Məğlubiyyətə baxmayaraq, R. Çunayevin medal qazanmaq şansı qalır. O, saat 00:15-də bürünc uğrunda güləşəcək. Güləşçimizin rəqibinin adına təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək.