Bəxtiyar Hacıyevin məhkəməsində mübahisə yarandı

16 Avqust 2016 20:04 (UTC+04:00)

Prosesdə şahid qismində məhkəməyə dəvət olunmuş taksi sürücüləri ifadə verən zaman mübahisə yaranıb. Müttəhimin vəkili Adəm Məmmədov hadisə vaxtı ərazidə olan mühafizəçilərin məhkəməyə dəvət edilməsi barədə vəsadət qaldırıb və onun vəsadəti təmin olunub. Növbəti məhkəmə prosesi sabaha təyin olunub.

Qeyd edək ki, iki gün əvvəl Yasamal rayon Dövlət Yol Polisinin əməkdaşları B.Hacıyevin avtomobilini cərimə meydançasına aparıblar. Avqustun 15-də isə yol polisləri ilə B.Hacıyev arasında mübahisə olub. Mübahisə zamanı əraziyə gələn Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşları B.Hacıyevi saxlayaraq bölməyə aparıblar. B.Hacıyevə qarşı İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.


Trend.az