Ağalarovdan metro stansiyanın bağlanması xəbərinə - Münasibət

17 Avqust 2016 00:06 (UTC+04:00)

Bu barədə "TASS"a Araz Ağalarovun özü bildirib.

Onun sözlərinə görə, "Crocus Group" şirkəti stansiyanın mülkiyyətçisi deyil: "Şirkət stansiyanı öz mülkiyyətinə keçirtməyib, çünki metro özəl tərəfə məxsus ola bilməz, şirkət yalnız tikintinin maliyyələşdirilməsi ilə məşğul olub".

Qeyd edək ki, "Myakinino" stansiyası 26 dekabr 2009-cu ildə istifadəyə verilib. Stansiya "Krokus Siti" çoxfunksiyalı kompleks, "Krokus Ekspo" beynəlxalq sərgi mərkəzi, "Krokus Siti Holl" konsert zalı, "Krokus Siti Moll", "Veqas" və "Tvoy Dom" əyləncə-ticarət mərkəzlərinin bilavasitə yaxınlığında yerləşir.

Stansiyanın buraxılış gücü sutkada 40 min sərnişin təşkil edir.

"Myakinino" – Rusiyada özəl vəsaitlərin cəlb olunması hesabına inşa olunan ilk stansiyadır. Onun layihələşdirilməsi və tikintisi Moskva şəhər və vilayət büdcələrindən, habelə "Crocus Group" kommersiya şirkətinin özəl investisiyaları hesabına maliyyələşdirilib.

Qeyd edək ki, bundan əvvəl mətbuatda Moskvada azərbaycanlı iş adamı Araz Ağalarovun sahibi olduğu iddia edilən "Myakinino" metro stansiyasının bağlandığı bildirilmişdi.


APA.az