Avtomobillər toqquşdu - Yanğın baş verdi

17 Avqust 2016 09:21 (UTC+04:00)

AzNews.az Fövqəladə Halllar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda "Daewoo markalı minik avtomobili ilə "MAN" markalı yük avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Yanğın nəticəsində "Daewoo" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yanğın saat 2:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.