Kredit hansı məzənnə ilə ödənilməlidir? - Video

17 Avqust 2016 09:46 (UTC+04:00)

Mərkəzi Bankın qərarına əsasən, banklar xarici valyutanı rəsmi məzənnədən 4 faiz aşağı və ya yuxarı hədlə alıb-sata bilər. Bu həd çərçivəsində məzənnənin müəyyənləşdirilməsi sərbəstdir. Kredit ödənişi vaxtı da bankın təyin etdiyi məzənnəyə uyğun məbləğ qəbul olunur.

Bu hal vətəndaşların etirazına səbəb olsa da, banklar qanunvericiliyə uyğun hərəkət edir. Ancaq vətəndaş pulunu krediti ödədiyi bankda konvertasiya etdirməyə bilər.

Bununla yanaşı, ay ərzində də gündəlik məzənnələri izləmək tövsiyyə olunur. Növbəti ödənişə qədər dolların ən ucuz olduğu gün manatı bu valyutaya dəyişib saxlamaq, ödəniş günü isə banka təqdim etmək olar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Xezerxeber.com