Çunayev danışdı: “İstirahət etməyə imkan olmadı”

17 Avqust 2016 10:18 (UTC+04:00)

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın AzNews.az-a verdiyi məlumata görə, bunu Rio-2016-da bürünc medal qazanan güləşçimiz Rəsul Çunayev deyib.

R.Çunayev yarımfinalda məğlub olmasının səbəbindən də danışıb: "Çoxdandır mən 66 kq çəki dərəcəsində çıxış etmirdim, Olimpiadaya düşmək üçün çəkimi aşağı salmalı oldum. Əlbəttə, çəkimi aşağı salmağım böyük rol oynadı, qısa vaxt ərzində döşəyə çağırdılar, istirahət etməyə imkan olmadı. Həm də, püşküm çətin idi. Tanıdığım rəqiblər idi. Rəqiblərim olimpiya, dünya çempionları idi, gərək güclünü məğlub edəsən ki, qalib gələsən. Yalnız yarımfinal görüşündə bu alınmadı".

Qeyd edək ki, Azərbaycanın yunan-roma güləşçisi R.Çunayev Rio-2016 Olimpya Oyunlarında bürünc medal qazanıb.