Azərbaycan 3 pillə də gerilədi - 54-cü yerdəyik

17 Avqust 2016 12:10 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, 2 gümüş və 3 bürünc medal qazanan Azərbaycan siyahının 54-cü pilləsində qərarlaşıb. Azərbaycanı təmsil edən kayakçı İnna Osipenko-Radomskaya və yunan-Roma güləşçisi Rəsul Çunayev ötən gecə hərəyə bir bürünc medal qazanıb. Bununla da Azərbaycan medal qazanan 76 ölkə arasında 54-cü pillədə qərarlaşıb. Bir gün öncə ilə müqayisədə komandamız daha 3 pillə geriləyib.

Siyahıya isə yenə ABŞ başçılıq edir.