Maşın qəza törətdi - Piyada öldü

17 Avqust 2016 12:55 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 17-də saat 01 radələrində Ağstafa şəhərində rayon sakini Vüqar Muradov idarə etdiyi "ZİL-133" markalı avtomobillə yolu keçən həmyerlisi Seyidağa Qasımovu vurub. Piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.