Doğum günündə primadonnanı kimlər anacaq? - “Xəstəyəm”, “Xaricdəyəm”…

17 Avqust 2016 13:06 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sənətkar yaşasaydı 73 yaşı tamam olacaqdı.

Bəs sağlığında ətrafı böyük olan sənətkarı bu gün kimlər anacaq?

AzNews.az bununla bağlı sənət adamları arasında sorğu aparıb:

Əməkdar artist Cavanşir Məmmədov bu gün mərhum İlhamə Quliyevanın məzarını ziyarət edəcəyini söyləyib:



"Bir azdan Fəxri Xiyabana gedib İlhamə xanımın məzarını ziyarət edəcəyəm. Həyat yoldaşım xəstədir, bu səbəbdən mən tək gedəcəyəm".

Əməkdar artist Firuzə İbadovanın qızı isə hazırda anasının Fəxri Xiyabanda olduğunu bildirib:



"Anam İlhamə xanımın ziyarətinə gedib".

Müğənni Nadir Qafarzadənin köməkçisi isə hazırda onun Bakıda olmadığını deyib:



"Nadir Qafarzadə Bakıya gələn kimi İlhamə xanımın məzarını ziyarət edəcək".



Müğənni Əli Mirəliyev isə səhhətində problem olduğundan hələ yataqdan qalxmadığını qeyd edib.

Bahar RÜSTƏMLİ
AzNews.az