Bakıda sərnişin avtobusu yandı - Sərnişinlər həyəcan içində

17 Avqust 2016 13:51 (UTC+04:00)

Hadisə Nobel prospektində qeydə alınıb. Belə ki, prospektlə Zığ şosesi istiqamətində hərəkətdə olan 10 TE 797 dövlət qeydiyyat nişanlı, "MAN" markalı 21 nömrəli marşrut avtobusunun təkər hissəsində qəfil alışma baş verib.

Qatı tüstünün avtobusun içinə daxil olmasından sonra sürücü sərnişinləri dərhal avtobusdan düşürüb və baş verən yanğına müdaxilə etməyə çalışıb.

Qeyd edək ki, bu, 21 nömrəli xətt üzrə hərəkət edən avtobuslarda baş verən ilk yanğın hadisəsi deyil. Analoji hadisə bu ilin fevralında "Şah İsmayıl Xətai" metro stansiyası qarşısında da baş vermişdi. O zaman da hərəkətdə olan "MAN" markalı sərnişin avtobusunun təkər hissəsi yanmışdı. Yanğının ilkin ekspertizası ilə bağlı verilən rəydə qeyd olunur ki, sözügedən avtobus texniki yoxlanışdan keçməyib və nasaz şəkildə idarə olunub.

Lent.az