Rio-2016-da biabırçılıq - Könüllülərə yemək verilmir

17 Avqust 2016 20:07 (UTC+04:00)

Dünyanın dörd bir yanından pulsuz işləmək üçün Rio De Janeyroya gələn 50 min könüllüdən əksəriyyəti işini buraxıb.

Səbəb olaraq isə onların uzun müddət fasiləsiz çalışdırılması və 8-9 satlıq iş rejiminə baxmayaraq sadəcə qəlyanaltı olaraq qidaların verilməsi göstərilir.

Hazırda müraciət edən 50 min könüllüdən cəmi 35 mini qalıb.


Lent.az