Hamilə arvadını amansızlıqla öldürən kişi danışdı - Video

17 Avqust 2016 21:57 (UTC+04:00)

Ağır cinayət paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində baş verib. Qəsəbə sakini 37 yaşlı Altay Həsənov həyat yoldaşı 34 yaşlı Yasəmən Novruzovanı mübahisə zəmnində öldürüb.

Hadisədən iki gün sonra isə Altay Həsənov Xəzər rayon 1-ci polis bölməsinə gedərək həyat yoldaşının itkin düşdüyünü deyib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Altay Həsənovun Yasəmən Novruzovanı qətlə yetirərək yaşadığı evin həyətində basdırdığı məlum olub.

Qonşular qeyd ediblər ki, hadisəni törədən Altay Həsənovun indiyə qədər bir neçə dəfə qeyri-rəsmi ailə həyatı qurub. Hər dəfə də qadınları döydüyü üçün onlar 2-3 ay sonra Altaydan ayrılıblar.

Meyit ekspertlərin iştirakı ilə basdırıldığı yerdən çıxarılıb. Altay Həsənov isə saxlanılaraq istintaqa təhvil verilib. İlkin dindirmə zamanı Altay Həsənov həyat yoldaşını əmisi oğlu ilə mobil telefonla danışdıqdan sonra döydüyünü deyib.

Xəzər rayon prokurorluğundan verilən məlumata görə qətlə yetrilən 34 yaşlı Yasəmən Novruzova 4 aylıq hamilə imiş.




Xəzərxəbər.com