​Puerto-Rikoda gəmi yandı - 500-dən çox insan təxliyə olundu

17 Avqust 2016 23:32 (UTC+04:00)

Bu barədə "Associeted Press" agentliyi xəbər yayıb.

Məlumata görə, Puerto-Riko və Dominikan Respublikasının arasında üzən "Caribbean Fantasy" gəmisi Puerto-Rikonun paytaxtı San-Xuanda, reyddə yanıb.

ABŞ-ın sahil mühafizəsinin Twitter sosial şəbəkəsindəki mikrobloqunda isə bildirilir ki, yanmış bərənin komandasının təxliyəsi uğurla başa çatıb. Verilən məlumata görə, onlardan təxminən 250 nəfərinin tibbi yardıma ehtiyacı var.

Gəmidə 26 ekipaj üzvü olub.


Report.az