Lənkəranskinin ölüm xəbəri yayıldı - Fotolar + Video (Yenilənib)

18 Avqust 2016 10:35 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, silahlı basqın zamanı azərbaycanlı iş adamı Rövşən Əliyev və sürücüsü ağır yaralanıb. Xəstəxanaya çatdırılan şəxslərdən sürücü orada ölüb. Əldə edilən ilkin məlumata görə Barbaros Bulvarı Caddəsindəki bir oteldə işlə bağlı bir toplantı keçirdikdən sonra 90 ND 011 nömrə nişanlı avtomobiliylə oradan ayrılan azərbaycanlı iş adamı otelin qarşısında 2 nəfər tərəfindən silahlı basqına məruz qalıb.

Hadisə yerindən avtomatik silah və iki tapança götürülüb. Polislər basqın edən şəxslərin kimliyini araşdırır.

08:53
***


Qafqazinfo.az saytı yaralanan iş adamının azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranski olmasıyla bağlı məlumat yayıb.

Məlumata görə, bu gecə Türkiyədə basqın nəticəsində yaralanan şəxs iş adamı deyil, Rövşən Lənkəranskidir. Sayt kriminal avtoritetin öldüyünü bildirib.


***

Yaxınlarının "Qafqazinfo"ya verdiyi məlumata görə, Lənkəranski çoxlu sayda güllə yarası alıb. Hazırda Rövşənin qardaşı da təcili Türkiyəyə gedib.

Qeyd edək ki, son vaxtlar Rövşən Lənkəranskinin qətlə yetiriləcəyi ilə bağlı Rusiya mediasında xəbərlər yer alırdı. Ded Xasanın qətlini təşkil etməkdə ittiham olunan azərbaycanlı "vorzakon"un öldürülməsi ilə bağlı qərar çıxarıldığı da bildirilirdi. Onu da əlavə edək ki, bu qərar Ded Xasanın ölümündən sonra onun yerinə keçən Şakro Molodoy tərəfindən verilib.

***

Məlumata görə, Rövşənin vurulduğu avtomobil Süleymanov Coşqun Hidayət oğlunun adınadır.

AzNews.az hadisə yerindən olan görüntüləri təqdim edir: