Suraxanıda dörd otaqlı ev yandı

18 Avqust 2016 09:05 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı mansard tipli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunub.

Yanğın saat 1:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.