Qazaxdakı mövqelərimiz atəşə tutuldu

18 Avqust 2016 09:38 (UTC+04:00)

AzNews.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, İcevan rayonunun Berkaber, Vаzaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Aşağı Əskipara kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.