“Benzinin qiymətində dəyişiklik olmalıdır” - Millət vəkili

18 Avqust 2016 11:25 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib. Onun sözlərinə görə, xaricdən idxal olunan aksiz vergisinə cəlb olunan malların dəyərinin enməsi qiymətlərə təsisiz ötüşməyəcək: "Burada əsas rolu Tarif Şurası oynayır. Çünki tənzimlənən qiymətlərə sözügedən qurum baxır. Əgər aksiz vergisi 200 manatdan 1 manata endirilibs,ə mallar qiymət siyasətinə əsasən tənzimlənəcək".

Qeyd edək ki, Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" 19 yanvar 2001-ci il tarixli qərarına dəyişiklik edib. Dəyişikliyə əsasən, aviasiya benzini istisna olmaqla, mühərrik benzininin hər 1 tonu üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib.

Bahar RÜSTƏMLİ
AzNews.az