“Lənkəranski sağdır” - Rəsmilərimiz xəstəxanaya gedir (Yenilənib)

18 Avqust 2016 12:56 (UTC+04:00)

Xəstəxanadan AzNews.az-a bildirilib ki, xəstə hazırda reanimasiyadadır: "Vəziyyəti kritikdir. Xəstə haqqında bundan artıq məlumat verməyə icazəmiz yoxdur. Lakin onu deyə bilərik ki, xəstə yaşayır".

Xəstəxana rəsmisi onu da bildirib ki, bir neçə dəqiqə sonra Azərbaycanın Türkiyədəki Konsulluğundan da rəsmi şəxslərin xəstəxanaya gəlməsi gözlənilir.


***
12:39


Azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin güllələnməsiylə bağlı yeni məlumat yayılıb.

AzNews.az xəbər verir ki, Şişli Hamidiyə Etfal Tədris və Araşdırma Xəstəxanasından sputnik-ə verilən məlumata görə, R. Lənkəranski həyatını itirməyib: "Xəstə hazırda reanimasiyadadır. Ona lazımi tibbi xidmət göstərilir. Həyatını itirdiyi barədə məlumatlar yalandır. Bu dəqiqələrdə yaxınları xəstəxanadadır".

Qeyd edək ki, Lənkəranskinin qohumu olan millət vəkili Fəzail Ağamalı onun ölümüylə bağlı yayılan məlumatları təsdiqləyib.

Onu da əlavə edək ki, R. Lənkəranskinin nəşinin artıq Azərbaycana gətirilməsi üçün hazırlıqlar getdiyi ilə bağlı da məlumatlar yayılıb. Bildirilir ki, bunun üçün özəl təyyarə sifariş edilib.