Ramil Quliyev Useyn Bolta rəqib oldu

18 Avqust 2016 12:44 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Türkiyə millisinin şərəfini qoruyan azərbaycanlı yüngül atlet Ramil Quliyev finala vəsiqə qazanıb. 200 metr məsafəyə qaçışda Türkiyəni təmsil edən sprinter 20,09 saniyə ilə 7-ci yerdə qərarlaşaraq finala yüksəlib. Finalda Ramil Quliyev Useyn Bolt (Yamayka), Laşon Merrit (ABŞ), Kristof Lemetr kimi məşhur sprinterlərlə yarışacaq. Final yarışları avqustun 19-da, Bakı vaxtı ilə 05:30-da keçiriləcək.

Xatırladaq ki, Ramil Quliyev 2011-ci ildə Azərbaycan Atletika Federasiyası ilə müəyyən problemlər yaşadığı üçün Azərbaycandan imtina edərək qardaş Türkiyə vətəndaşlığını qəbul edib. Elə həmin ildən Türkiyə milli komandasının üzvüdür.

Aygün İLQARQIZI
AzNews.az