Rüstəm Usubov: “Bəziləri referenduma ləkə salmağa çalışır”

18 Avqust 2016 12:52 (UTC+04:00)

Bunu bu gün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə "Referendumda iştirak hüquqlarının qorunmasında prokurorluq orqanlarının rolu" mövzusunda çıxış edən baş prokurorun birinci müavini Rüstəm Usubov söyləyib.

R. Usubov seçki prosesində müsbət dinamikanın müşahidə edildiyini vurğulayıb: "Bu da aparılan maarifləndirmə, qanunvericiliyin tələblərinin izah olunması ilə bağlıdır. Fiziki və hüquqi şəxslərin seçki və referendum prosesinə müdaxilə etməsi yolverilməzdir".

R. Usubov qeyd edib ki, indidən bəziləri referenduma ləkə salmağa, "Konstitusiyaya dəyişikliklərə yox" vərəqələri yaymağa çalışırlar: "Prokurorluq və hüquq-mühafizə orqanları belə halların qarşısını qətiyyətlə alacaq. Referendumun ən yüksək səviyyədə keçirilməsini təmin edəcəyik".

APA.az