Sevgilisini öldürən şəxs polisə təslim oldu

18 Avqust 2016 14:33 (UTC+04:00)

AzNews.az Daxili işlər Nazirliyinin saytına istinadən xəbər verir ki. avqustun 17-də Gəncə şəhərinin Cavadxan qəsəbəsində yaşayan Məhəbbət Vəliyevanın evinə gəlmiş Samux rayon sakini, qeyri-rəsmi nikah münasibətlərində olduğu Ruslan Qurbanov ailə-məişət münaqişəsi zəminində ona və bacısı Nailəyə bıçaqla xəsarət yetirmişdir. M.Vəliyeva hadisə yerində ölüb.

R.Qurbanov könüllü olaraq Nizami (Gəncə) RPİ-yə gələrək istintaqa təslim olmuşdur.

Faktla bağlı araşdırma aparılır.