Hindistanın ilk qadın olimpiya mükafatçısı - 370 min mükafat və vəzifə aldı

18 Avqust 2016 14:41 (UTC+04:00)

AzNews.az xəbər verir ki, təmsilçimiz Yulya Ratkeviçlə eyni çəkidə mübarizə aparan S.Malikin mükafatı Hindistanın Rio olimpiadasından aktivinə yazdırdığı ilk medaldır.

Xanım idmançının yaşadığı Haryan ştatının rəhbərliyi onun üçün 370 min dollar mükafat ayırıb. Amma Sakşiyə verilən mükafat bununla bitmir. O, həmçinin dövlət qulluğuna işə qəbul olunacaq.

Sakşi Malikin bürünc medal qazanmasına Hindistanın baş naziri Narendra Modi də biganə qalmayıb və sosial şəbəkədə ona təbrik ünvanlayıb:

"Onu bürünc medal qazanması münasibətilə təbrik edirəm. Bütün millət bayram edir. Sakşinin qələbəsi Hindistan idmançılarına hələ uzun illər ilham verəcək".

İdmançının yaşadığı Haryan ştatının baş naziri Manohar Lal Kxattar isə güləşçinin valideynlərinə zəng vurub və təbrik edib.

Qeyd edək ki, Malik Hindistan tarixində ilk qadın olimpiya mükafatçısıdır.

Xatırladaq ki, 3-cü yer uğrunda qarşılaşmada qırğızıstanlı Aysulu Tınıbekovu son dəqiqədə məğlub edən hindistanlı final fitinə 7 saniyə qalmış bərabər olan hesabı xeyrinə dəyişib (8:5).

Aygün İlqarqızı