Lənkəranski xəstəxanada vəfat etdi - Nəşi ölkəmizə göndərilir + Yenilənib 2

18 Avqust 2016 17:39 (UTC+04:00)

Türkiyədə silahlı hücum nəticəsində yaralanan, daha sonra xəstəxanada vəfat edən Rövşən Canıyevin (Lənkəranski) nəşi hələ İstanbuldadır.

Bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan məlumat verilib.

"Onun meyitinin Azərbaycana nə vaxt göndəriləcəyi mərhumun ailə üzvlərinin qərarından asılıdır", - Baş Konsulluqdan əlavə olunub.

Report.az

***
15:50

AzNews.az APA-ya istinadən xəbər verir ki, onun cənazəsinin Azərbaycana göndərilməsi üçün Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda sənədləşmə işlərinə başlanılıb.


***
15:24


Azərbaycanın İstanbuldakı konsulluğundan bizimyol.info-ya bildirilib ki, Rövşən Lənkəranski bir neçə dəqiqə bundan qabaq vəfat edib. Yaxın dəqiqələrdə Xarici İşlər Nazirliyi də bununla bağlı məlumat yayacaq.