Lənkəranskinin qətli ilə bağlı təfərrüat - Son ana qədər atışıb

18 Avqust 2016 16:58 (UTC+04:00)

Məlum olub ki, killerlərin gülləbaran etdiyi "Range Rover"də Rövşən Canıyevlə birlikdə üç nəfər olub. Killerlərin atəş açmasından dərhal sonra avtomobildən onlara cavab atəşi açılıb.

"Range Rover"in sürücüsü və Rövşən Canıyev çoxsaylı güllə yaraları alıb. Aldığı yaralardan sürücü yerində keçinib, Rövşən Canıyev isə başından aldığı güllə yarasından xəstəxanada ölüb. Polisdəki mənbələrin bildirdiyinə görə Canıyevə 5 güllə dəyib, güllələrdən biri onun gözündən dəyib və beynini dağıdaraq başının arxa tərəfindən çıxıb. İstanbul Əmniyətinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi və Asayiş Şöbə Müdirliyi hadisə ilə bağlı araşdırma aparır. Hadisə yerində aparılan araşdırmada səsboğucu olan "Uzi" tapança-pulemyot, "Glock" markalı tapança, çoxlu sayda boş giliz tapılıb.

Azadlıq radiosu