Sabah hansı ərazilərdə qaz kəsiləcək?

18 Avqust 2016 17:20 (UTC+04:00)

AzNews.az SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, avqustun 19-da saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Qobu", "Müşviqabad", "Aşagı Güzdək" və "Pirəküşgül" qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Abşeron rayonunun Qobu, Müşfiqabad, Aşağı Güzdək, Ceyranbatan və Pirəküşgül qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.