Lənkəranskini kürdlər öldürüb - Şok iddia

18 Avqust 2016 20:51 (UTC+04:00)

Bundan sonra Rövşən Lənkəranski hoteldən çıxıb və "Range Rover" markalı avtomobilin arxa oturacağına əyləşib. Lənkəranskinin mühafizəçilərinin olduqları avtomobil isə onlardan arxada olub.

Kriminal avtoritetin olduğu "Range Rover" sürətlə yerindən götürülüb, arxadakı avtomobil bir qədər geri qalıb.

Gözlənilmədən "Range Rover"ə hücum olunub, avtomobil gülləbaran edilib.

Bildirilir ki, atəş açanlar ən azı 3 nəfər olublar və onlar maşına irəlidən, yandan, arxadan atəş açıblar. Sürücü avtomobili saxlayıb, sonra geriyə sürərək, atəşdən yayınıb.

"Rövşən Lənkəranskini qətlə yetirənlər kürdlərdir. Onlar "Ded Xasan"ın güllələnməsinin qisasını almaq istəyirdilər. "Ded Xasan"ın öldürülməsinin təşkilatçısı isə R.Lənkəranski sayılırdı. Türkiyədəki həmin kürdlərə sui-qəsdə görə pulu isə "qanuni oğrular"ın verdikləri aydındır", - mənbə deyib.


Milli.Az