“Hiss edirdim ki, qol vurmalıyıq” - Qriqorçuk

18 Avqust 2016 23:44 (UTC+04:00)

Bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk deyib.

Avropa Liqasında ölkəmizi təmsil edən "qırmızı-qaralar" pley-off mərhələsinin ilk oyunları çərçivəsində bu gün "Maribor"u qəbul edib və qarşılaşma komandamızın qələbəsi ilə nəticələnib – 3:1.

Oyundan sonra təşkil edilən mətbuat konfransında ukraynalı mütəxəssis qələbəni şərh edib: "İndi də fərqli bir hiss keçirmirəm. Eyforiyaya qapılmamışam. Hamımız növbəti matçı düşünməyə çalışırıq və bu görüşü tez təhlil etmək fikrindəyik".

O bildirib ki, oyun boyunca emosional düşünmür: "Həmin dəqiqədə yalnız düşünürəm ki, nəyi dəyişə bilərəm".


Apasport.az