Lənkəranskinin nəşi Azərbaycana gətirildi - FOTO + Yenilənib

19 Avqust 2016 00:08 (UTC+04:00)

İstanbul-Lənkəran xüsusi reysi ilə yola çıxan təyyarə Bakı vaxtı ilə saat 22:30-da Lənkəran şəhər hava limanına eniş edib. Azərbaycanın bütün rayonlarından 2 minə yaxın insan cənazəni qarşılamağa gəlib. Bu səbəbən Lənkəranın Kərgəlan kənd dairəsindən Gərmətük qəsəbəsi dairəsinə qədər olan yolda avtomobillərin sıxlığı yaranıb və hərəkət məhdudlaşıb.

R.Lənkəranski avqustun 19-da Lənkəran şəhər, Kiçik Bazar məhəlləsindəki Sardaxıl qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, hadisə avqustun 17-dən 18-nə keçən gecə İstanbul şəhərində baş verib. Belə ki, Barbaros bulvarında, otellərdən birindəki toplantıdan dövlət seriya nişanı "90 ND 011" nişanlı avtomobillə ayrılan R.Lənkəranski digər maşınla otelin qarşısına gələn 2 nəfərin silahlı hücumuna məruz qalıb. İş adamına hücum etmiş silahlı şəxslər hadisə yerindən qaçıblar. R.Lənkəranski və sürücüsü xəstəxanaya aparılıb.

Report.az

***
23:28

Göyərtəsində Rövşən Lənkəranskinin cənazəsini gətirən, saat 22.30-da enməsi gözlənilən təyyarə gecikir.

Rövşən Lənkəranskinin cənazəsi "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun şəxsi təyyarəsi ilə gətirilir.

Qeyd edək ki, Rövşən Lənkəranski sabah saat 11-də Kiçik Bazar qəbirstanlığında dəfn olunacaq.

Lent.az