Pərviz Həşimli sərbəst buraxıldı

19 Avqust 2016 10:11 (UTC+04:00)

Bununla belə, o bu gün yenidən Nərimanov rayon 16-cı Polis Bölməsinə gedəcək.

Qeyd edək ki, P. Həşimli avqustun 18-də "Gənclik" stansiyasının yaxınlığında keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun həyat yoldaşı və onun sürücüsü ilə aralarında baş verən insident zamanı saxlanılıb.

Jurnalist "Facebook"da keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun sürücüsü tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirib.

APA.az