Ağsuda ev yandı

19 Avqust 2016 10:25 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağsu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 182 m² olan 2 mərtəbəli 9 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunub.

Yanğın saat 5:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.