İntihar edən müəllim sabiq bələdiyyə sədri imiş - Ötən il rəqibinə uduzub

19 Avqust 2016 12:28 (UTC+04:00)

AzNews.az-ın əldə etdiyi məlumata görə, Bayram Seyidov uzun müddət Quba rayonunun Xaltan kənd bələdiyyəsinin sədri vəzifəsində çalışıb. 1,5 il əvvəl isə bələdiyyə sədrliyinə keçirilən seçkilərdə rəqibinə məğlub olub.

Quba rayon Təhsil Şöbəsinin müdiri Loğman Müslümov faktı AzNews.az-a təsdiqləyib. Bildirib ki, B. Seyidov 7 il əvvəl çalışdığı Xaltan kənd məktəbindən ərizə yazaraq işdən çıxıb: "Öz istəyi ilə müəllimlikdən uzaqlaşdı. Sonra bələdiyyə sədri seçildi. Bələdiyyəyə keçirilən seçkilərdə məğlub olduqdan sonra isə məktəbə qayıtmayıb ".

Qeyd edək ki, Xaltan kənd sakini Bayram Seyidov intihar edib. O, intihardan öncə bu barədə feysbuk səhifəsində məlumat verib.

Bahar RÜSTƏMLİ
AzNews.az