6 yaşlı uşaq dənizdə batdı - Bakıda

19 Avqust 2016 17:27 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 700 metr sola nəzarətsiz ərazidə) dənizdə çimərkən batması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 2010-cu il təvəllüdlü Fəraiz Xəraiz oğlu Mirzəyevin cəsədini sudan çıxararaq aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 16:00-da başa çatıb.