Təmsilçimiz yarımfinalda - Yenilənib

19 Avqust 2016 23:12 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, 80 kq çəki dərəcəsində çıxış edən iranlı legioner 1/8 finalda Malidən olan İsmael Kulibali ilə qarşılaşıb. İlk yarıda Harçeqani rəqibin başına zərbə endirərək hesabı 4:0-a çatdırıb. Hakimlər tərəflərə xəbərdarlıq da ediblər.

İkinci hissədə Azərbaycan taekvondoçusu daha 7 xal qazanıb, rəqibi isə 4 xalla kifayətlənib.

Üçüncü hissədə tərəflər hərəyə 2 xal qazanıblar. Nəticədə 13:5 hesabı ilə qalib gələn Harçeqani 1/4 finalda Mahdi Xodabaxşi (İran) - Migel Ferrera (Honduras) cütünün qalibi ilə qarşılaşacaq. Bu qarşılaşma saat 22:45-də başlanacaq.


17:41
***


1/4 finalda Mehdi Xodabaxşi (İran) ilə üz-üzə gələn Milad Beiqi Harçeqani rəqibini 17:5 hesabi ilə məğlub edərək ½ finala vəsiqə qazanıb.


Aygün