Türkiyədə daha bir terror - Ölən və yaralılar var

19 Avqust 2016 20:50 (UTC+04:00)

Van vilayətinin Özalp magistral yolunda zirehli hərbi maşının keçidi zamanı partlayış baş verib.

Hadisə zamanı ikisi ağır olmaqla 5 hərbçi və 5 mülki vətəndaş yaralanıb. Yaralılar Vandakı xəstəxanaya yerləşdiriliblər.

Xəstəxanaya aparılan mülki şəxslərdən biri dünyasını dəyişib.

Terrorçuların zərəsizləşdirilməsi üçün bölgədə xüsusi əməliyyat keçirilir.


AzVision.az