Boksçumuz olimpiadanın finalına yüksəldi - Tarixdə ilk

19 Avqust 2016 22:07 (UTC+04:00)

64 kq. çəki dərəcəsində çıxış edən kubalı legionerin rəqibi Almaniya ermənisi Artyom Harutyunyan olub.

Görüşü üstün səviyyədə keçirən Sotomayor hər 3 raunddan qalib ayrılıb.

Bununla da Azərbaycan təmsilçisi finala yüksələrək, ölkəmizin boks tarixində ilkə imza atıb. O, ən azı gümüş medalı təmin edən ilk boksçumuz olub. Sotomayor həm də hələ ötən mərhələdə yarımfinala yüksəlməklə, 11-ci medalı təmin edib.


Report.az