Güləşçilərimiz növbəti 2 “bürünc”ü qazandılar

20 Avqust 2016 01:21 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Hacı Əliyev (57) və Cəbrayıl Həsənovun(74 kq) qazandığı 2 bürünc Azərbaycanın medal sayını 13-ə qaldırıb.

57 kq

Rioda keçirilən Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən sərbəst güləşçi Hacı Əliyev (57) bürünc medal görüşünə çıxıb.

Son təsəlliverici görüşdə idmançımızın rəqibi bolqarıstanlı Vladimir Dubov olub.
Görüşün əvvəlində Dubov 4 xalla irəli olsa da, Əliyev tezliklə fərqi 2-yə endirib. İkinci hissədə isə rəqibinə fənd tətbiq edərək, onun kürəyini yerə vurub və tam qələbə qazanıb.

Beləliklə, Hacı Əliyev olimpiadada Azərbaycanın aktivinə 12-ci medalı qazandırıb.

74 kq

74 kq. çəki dərəcəsində çıxış edən Cəbrayıl Həsənovun son təsəlliverici görüşdə rəqibi özbəkistanlı Bekzod Abduraxmanov olub.

Azərbaycanlı pəhləvan qarşılaşmanı 9:7 hesablı qələbə ilə tamamlayıb.

Beləliklə, Cəbrayıl Həsənov özünün ilk olimpiya medalını, sərbəst güləş yığması adına ikinci bürünc medalı qazanıb.

Aygün