Masazır sakini evində yanaraq öldü

20 Avqust 2016 09:11 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 33 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı tikilidə 1 nəfərin yanan meyiti aşkar olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Yanğın saat 02:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.