Neftçala sakini intihar etdi

20 Avqust 2016 09:28 (UTC+04:00)

Hadisə rayonun Xıllı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 50 yaşlı Cəbrayıl Əliheydər oğlu Məmmədov özünü həyətdəki üzüm tənəyindən asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Neftçala rayon Prokurorluğunda araşdırma aparılır.

Report.az