Türkiyə polisi 15 gün əvvəl Lənkəranskini saxlayıbmış - Sedat Pekər qurtarıb

20 Avqust 2016 09:49 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə "Yeni müsavat" qəzeti yazıb. Məlumata görə, "qanuni oğru" polisdə çox qalmayıb. Qəzet bildirir ki, "Lənkəranski"nin sərbəst buraxılması üçün Türkiyənin tanınmış iş adamı, xeyriyyəçi və yeraltı dünyasının ən ünlü isimlərindən olan Sedat Pekər işə qarışıb.

S. Pekər "Lənkəranski"nin azad olunmasına nail olub. S. Pekəri Türkiyə mediası "yeraltı dünyanın sahiblərindən biri", "mafiya babası" kimi təqdim edir.

Sedat Peker 2007-ci ildə İstanbul 9-cu Ağır Cəza Məhkəməsinin hökmü ilə mafiya çetesi qurmaq kimi ittihamlarda suçlanaraq 14 il həbs cəzası alıb. Sonradan onun adı "Ergenekon" məhkəməsində ittihamlarda da yer alıb. Ona da bu işlə bağlı 1 il 3 ay həbs cəzası verilmişdi. 2013-cü ildə cəzasının bitməsinə 4 il qalmış isə azadlığa buraxılıb.

Onun Azərbaycana da xüsusi sevgisi olduğu məlumdur. "Lənkəranski"nin İstanbul polisi tərəfindən niyə saxlanıldığı məlum deyil. Amma S. Pekərin "qanuni oğru"nun azadlığa buraxılması üçün xüsusi rolu olduğu, bir neçə gün sonra isə kürdlər tərəfindən qətlə yetirilməsi barədə iddialar maraq doğurur.



Musavat.com