İsrail Türkiyəyə 20 milyon dollar təzminat ödəyəcək

20 Avqust 2016 10:29 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, parlamentdə qəbul edilən qanun layihəsinə görə, İsrail 2010-cu il may ayının 31-də basqın nəticəsində "Mavi Mərmərə" gəmisində ölən insanların ailələrinə 20 milyon dollar təzminat ödəyəcək.

Təzminat qanun qüvvəyə mindikdən sonra 25 gün ərzində ödənməlidir.