Gömrükdə əməliyyat - Telefonun adapterindən tiryək çıxdı

20 Avqust 2016 11:30 (UTC+04:00)

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, həmin şəxsdən əl yükündə və üzərində qadağan olunan predmetlərin olub-olmadığı soruşulub. Bu zaman vətəndaşın gömrük nəzarətinə təqdim etdiyi sellofan torbada 5 ədəd "Mydrax" adlı göz dərmanının yanındakı 1 ədəd mobil telefon adapteri diqqəti cəlb edib. Həmin adapterə baxış zamanı adapterin içərisindən, adapterin mikrosxeminə yapışdırılmış vəziyyətdə olan bir bükümdə, xalis çəkisi 3,43 qram təşkil edən narkotik vasitə - tiryək aşkar olunub.

Daha sonra vətəndaşın üzərində şəxsi yoxlama aparılıb və onun şalvarının cibindən 2 ədəd, corabından da 2 ədəd olmaqla, ümumilikdə 4 ədəd gömrük nəzarətinə təqdim edilməyən "Mydrax" adlı dərman preparatı aşkar edilib.

Onu da bildirək ki, "Tropikamid" ("Mydrax") 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.