Qubada qaz balonu partladı - Ev yandı

20 Avqust 2016 12:31 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Quba rayonu, Təngəaltı kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan birmərtəbəli, 8 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 138 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 8:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

"Report"un məlumatına görə yanğın qaz balonunun partlaması nəticəsində baş verib.