Göygöldə ağır qəza - Piyada öldü

20 Avqust 2016 13:19 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 19-da saat 20 radələrində Göygöl şəhərində rayon sakini Mehman Mehdiyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Elbəy Məmmədovu vurub.

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Göygöl RPŞ tərəfindən araşdırma aparılır.