Bakıda soyğunçuluq - Hədələyib telefonu aldı

20 Avqust 2016 14:05 (UTC+04:00)

AzNews.az xəbər verir ki, avqustun 19-da Nəsimi rayonu ərazisində yerləşən kafelərdən birində naməlum şəxs Ağdam rayon sakini Rabil Quliyevin mobil telefonunu zorla alıb hadisə yerini tərk edib.

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunan Səid Səfərov tutulub.