QHT rəhbərinin öldüyü qəza ilə bağlı - Rəsmi açıqlama

20 Avqust 2016 14:23 (UTC+04:00)

AzNews.az-ın xəbərinə görə, avqustun 19-da saat 19.00 radələrində Beyləqan rayonunun Əlinəzərli kəndində Bakı şəhər sakini Nazir Quliyev idarə etdiyi "Toyota" markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, N. Quliyev Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının sədri, Hüquq Dünyası Hüquqi Təbliğat İctimai Birliyinin rəhbəri idi.