Leysan yağışları 15 can aldı - Hindistanda

20 Avqust 2016 17:26 (UTC+04:00)

Şənbə günü Malxya-Pradeş əyalətində evin dağılması nəticəsində bir ailənin 7 üzvü həyatını itirib.

Uttar-Pradeş əyalətində isə sel suları avtomobildə 6 nəfərin ölümünə səbəb olub. Bu əyalətin Varansi şəhərində su basmış evin çökməsi nəticəsində 3 nəfər ölüb. Leysan yağışlar əyalətdə 20 evin dağılmasına yol açıb. İnsanlara müvəqqəti olaraq təhlükəsiz yerlərə getmək tövsiyə olunub. Təbii fəlakətə məruz qalan rayonlarda xilasetmə işləri aparılır.


APA.az