Şərif Şərifov yarımfinalda uduzdu - Yenilənib

20 Avqust 2016 19:50 (UTC+04:00)

86 kq çəki dərəcəsində çıxış edən olimpiya çempionunun 1/8 finaldakı rəqibi Çin idmançısı Bi Şenqfenq ilə qarşılaşıb.

Olimpiya çempionu ikinci hissənin əvvəlində 10:0 hesablı qələbə ilə görüşü vaxtından əvvəl xeyrinə yekunlaşdırıb.

Bununla da Şərif Şərifov 1/4 final mərhələsinə yüksəlib. O, növbəti mərhələdə Polşa təmsilçisi Zbiqnev Mateus Baranovski ilə qarşılaşacaq. Görüş saat 18:04-də başlayacaq.

17:56
***

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən sərbəst güləşçi Şərif Şərifov finala vəsiqə qazana bilməyib.

86 kq çəki dərəcəsində çıxış edən Olimpiya çempionumuz yarımfinalda Abdulrəşid Sadullayevə uduzub. "Bakı-2015" I Avropa Oyunlarının qalibi olan rusiyalı idmançı 8:1 hesabı ilə qalib gəlib.

Bununla da "London-2012"in qalibi olan Şərifov titulunu qorua bilməyib. O, budəfəki olimpiadanın qalibi olmaq üçün bürünc medal uğrunda döyüşə çıxacaq.

Report.az