55 yaşlı qadını maşın vurdu - Tovuzda

20 Avqust 2016 22:32 (UTC+04:00)

Hadisə Əlibəyli yolunda qeydə alınıb.

Belə ki, 55 yaşlı Şölə Rzayeva yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı ətrafdakıların köməyi ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Report.az